"Kəpəz" "Turan Tovuz"la heç-heçə etdi

19 Yanvar 2020 18:41

Birinci divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən "Kəpəz" növbəti yoxlama oyununu keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında birinci divizionun digər təmsilçisi "Turan Tovuz"la qarşılaşıb.

Görüş 1:1 hesabı ilə nəticələnib. Meydan sahiblərinin yeni transfer Tural Qürbətov hesabı açıb. Qonaqların heyətində isə Əzəmət Ələkbərli fərqlənib.

Milli.Az