Podolski Türkiyəyə qayıtdı - RƏSMİ

19 Yanvar 2020 17:13

Yaponiyanın Vissel Kobe klubundan ayrılan Lukaş Podolski Türkiyə Superliqasına geri dönüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, polşa əsilli alman futbolçu "Antalyaspor"la anlaşıb.

2 il (2015/2017) "Qalatasaray"da oynamış Bundestimin 35 yaşlı keçmiş forvardı turnir cədvəlində 16-cı sırada qərarlaşmış Antalya təmsilçisi ilə 1.5 illik müqavilə bağlayıb.

Milli.Az