Əlcəzairdə iki avtobus toqquşdu: 10-dan çox insan öldü

19 Yanvar 2020 15:38

Əlcəzairin cənub hissəsində iki avtobusun toqquşması nəticəsində ən azı 12 insan həlak olub, 46 nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin En-Nahar telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, yaralılardan beşi ağır vəziyyətdədir.

Milli.Az