Bakıda kişini vəhşicəsinə döydülər

19 Yanvar 2020 13:54

Bakıda Dövlət Neft Akademiyasının qarşısında 49 yaşlı kişini döyərək ona sınıq xəsarətləri yetiriblər.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospektində baş verib.

1971-ci il təvəllüdlü Hüseynov Faiq Məhəmməd oğlu iki nəfərlə əlbəyaxa dava edib. 

O döyülərək ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxananın növbətçi həkiminin APA- ya verdiyi məlumata görə, F.Hüseynov qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, qabırğalarının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən araşdırılır.

Milli.Az