Makqreqor 40 saniyəyə qalib oldu - VİDEO

19 Yanvar 2020 11:10

ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 246 turniri çərçivəsində irlandiyalı döyüşcü Konoq Makqreqorla amerikalı Donald Serrone arasında görüş baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Makqreqor 40 saniyə ərzində rəqibini məğlub edib. O, oktaqona çıxar-çımaz üstünlüyü öz əlinə alıb.

Əvvəlcə Serrone müqavimət göstərsə də, çənəsinə vurulan ayaq zərbəsindən qoruna bilməyib.

Milli.Az