BMT: Liviyada sülh prosesi bərpa edilməlidir

19 Yanvar 2020 09:39

Liviyada davamlı olaraq hərbi əməliyyatlar dayandırılmalı və sülh prosesi yenidən başlamalıdır, silah embarqosu bir daha pozulmamalıdır.

Milli.Az bildirir ki, Trend-in "İRA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo öz "Twitter" səhifəsində yazıb.

R.Dikarlo bildirib: "Mən Liviya üzrə sammitdə baş katibə qoşulmaq üçün Berlinə yola düşmüşəm. Liviya davamlı olaraq hərbi əməliyyatların dayandırılması və sülh prosesinin yenidən başladılması üçün dəstəyə ehtiyacı var".

Onun sözlərinə görə, Liviyaya silah embarqosunun pozulması artıq lazım deyil.

Milli.Az