Hindistanda naməlum xəstəlik 10 uşağı öldürdü

18 Yanvar 2020 23:31

Hindistanda səbəbi bilinməyən xəstəlik səbəbindən son 2 həftə ərzində 10 uşaq dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, xəstəlik ölkənin Cammu Kəşmir bölgəsində qeydə alınıb. Səhiyyə işçiləri xəstəliyin baş vermə səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Xəstəliyin əlamətlərinin qızdırma, qusma və qarın ağrısı olduğu bildirilir.

Hazırda 6 uşağın vəziyyəti isə kritikdir.

Milli.Az