Bakıda kottec yanıb

18 Yanvar 2020 23:02

Bakıda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kottec və bitişik ümumi sahəsi 25 m² olan digər kottecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb.

Kottecin qalan hissəsi və bitişik kotteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Milli.Az