Yerevanda Mətbuat evi yanır

18 Yanvar 2020 14:40

Yerevanda onlarla qəzet və telekanal redaksiyasının yerləşdiyi Mətbuat evində yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə dörd yanğınsöndürmə briqadası, eləcə də xilasedicilər cəlb edilib.

Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Yanğının söndürülməsi davam edir.

Milli.Az