Çəkiliş zamanı iki aktyor birdən öldü

18 Yanvar 2020 15:06

Meksikada serial çəkilişi zamanı iki aktyor körpüdən yıxılaraq həyatını itirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Meksikada ''Sin Miedo a la Verdad'' adlı serialın çəkilişi zamanı bədbəxt hadisə baş verib.

Serialın iki aktyoru ehtiyatsızlıq edərək körpüdən yıxılıb və onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatları mediaya açıqlanmayıb.

Milli.Az