Bakıda "Mercedes" yandı

18 Yanvar 2020 14:12

Bakı şəhərinin Xəzər rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az