Nazarbayev: «Qırğızıstanda vətəndaş müharibəsinin qarşısını aldıq»

16 Aprel 2010 17:43
Milli.Az gazeta.ru saytına istinadən xəbər verir ki, o, ölkəsinin bilavasitə müdaxiləsi ilə Qırğızıstanda vətəndaş müharibəsinin qarşısının alındığını söyləyib.

Xatırladaq ki, Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev dünən ölkəsini tərk edərək Qazaxıstana gedib. "Biz Bakiyevin arxasınca təyyarə göndərdik, mühafizəsinin təşkili üçün xüsusi təyinatlılar ayırdıq və nəticədə Bakiyev ailəsi ilə birlikdə sağ-salamat Qazaxıstana gəldi", - deyə Nazarbayev qeyd edib.

Milli.Az