Aygünlə Röya barışıb?

18 Yanvar 2020 12:05

Uzun illər küsülü olan Xalq artistləri Aygün Kazımova və Röya Ayxan arasında sular durulmağa başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Aygün Röyanın "Altın kelebek" mükafatlandırma gecəsi ilə bağlı paylaşımına "like" qoyub. Bu isə müğənnilər arasındakı barışıq addımı kimi qiymətləndirilib.

Maraqlısı isə odur ki, ifaçılar İnstaqram-da bir-birini izləmir.

Qeyd edək ki, Aygünlə Röya arasında uzun illərdir qalmaqal yaşanır. Bir neçə il əvvəl müğənnilərin məclislərin birində barışdığı iddia olunsa da, onlar heç vaxt bir arada görüntülənməyiblər.

Milli.Az