Göyərtəsində 180-dən artıq sərnişin olan təyyarədə yanğın - FOTO

18 Yanvar 2020 10:09

Rusiyanın Novosibirsk şəhərində Tolmaçevo aeroportunda Vyetnamın Kamran şəhərinə uçmağa hazırlaşan sərnişin təyyarəsinin mühərriki yanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, təyyarə işə düşərkən yanacaq alışıb.

Heyət yanğınsöndürmə sistemini işə salıb. Göyərtədə həmin vaxt 180-dən artıq sərnişin olub. Onların hamısı təxliyə edilib.

Milli.Az