ABŞ-da atışma: 4 nəfər öldü

18 Yanvar 2020 10:37

ABŞ-ın Yuta ştatında baş vermiş atışma nəticəsində 4 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qrantsvill şəhərində baş verib.

Daha bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Polis atəş açan şəxsin saxlanıldığını bildirib. Hazırda hadisənin motivləri araşdırılır.

Milli.Az