Kərəm Bürsinin tərəf müqabili İrəm olacaq

18 Yanvar 2020 18:56

Türkiyəli aktyor Kərəm Bürsin "Eflatun" adlı filmdə baş rolu canlandıracaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun tərəf müqabili sonuncu dəfə "Sən anlat Karadeniz" serialında rol alan İrəm Helvacıoğlu olacaq.

Ekran işində oynayacaq digər aktyorların adı hələ ki, bəlli deyil. Yaradıcı heyət tamamlandıqdan sonra çəkilişlərə İstanbulda start veriləcək.

Milli.Az