Türkiyə xüsusi təyinatlıları Tripolidə

18 Yanvar 2020 08:12

Türkiyə xüsusi təyinatlı qüvvələri Faiz Sərracın Milli Razılıq Hökumətinin məmurlarını mühafizə etmək üçün Liviyanın paytaxtı Tripoliyə gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Əl-Ərabiya" telekanalı bildirib.

Telekanalın "Twitter" səhifəsində bildirilib: "Türkiyə xüsusi təyinatlıları MRH-dən olan məmurları mühafizə etmək üçün Tripoliyə gəlib".

Qeyd edək ki, 16 yanvar tarixində Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan da F.Sərraca kömək üçün qüvvələr göndərildiyini demişdi.

Milli.Az