Bakıda avtomobilin vurduğu piyada xəsarətlə xəstəxanaya yerləşdirilib

18 Yanvar 2020 08:28

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kazımov Elçin Kazım oğlu yanacaqdoldurma məntəqəsinin qarşısında yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Milli.Az