Nigeriyada qarət 14 nəfərin ölümünə səbəb olub

18 Yanvar 2020 07:15

Nigeriyanın Zamfara ştatının yaşayış məntəqəsinin birinə bir qrup silahlı şəxs tərəfindən edilən qarət nəticəsində ən az 14 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Daily Post" qəzeti Zamfara ştatı polisinə istinadən bildirib.

Bildirilib ki, hadisə yanvarın 15-də baş verib.

Şahidlərin sözlərinə görə, səhər saat 9 radələrində motosikletdə olan 40-dan çox adam kəndə girib. Cinayətkarlar sakinlərə evlərini tərk etməmələrini əmr ediblər.

Daha sonra onlar evlərə daxil olaraq mobil telefonları, pulları və digər qiymətli əşyaları götürməyə başlayıblar, həmçinin mal-qara və digər heyvan sürülərini aparıblar.

Milli.Az