İnstagramın veb versiyasına “Direct” özəlliyi gəlir

21 Yanvar 2020 22:50

İnstagram dünyanın ən çox istifadə edilən sosial platformalarından biridir. Belə olduğu halda veb versiyadan istifadə hallarını da nəzərə almaq lazımdır. Çünki istifadəçilər hər zaman mobil telefonla instagramdan istifadə etmək istəmirlər. İnstagram mobil versiyasına daha çox üstünlük versə də artıq veb versiyasında da mobildə olan özəllikləri gətirir.
Bu dəfə instagramın veb versiyasına mesajlaşma özəlliyi gəlib. Hazırda test mərhələsində olan və yalnız təsadüfi istifadəçilərin qarşısına çıxan bu özəllik yaxın zamanda bütün istifadəçilərə əl çatan olacaq.
Veb versiyasına gələn bu yeni özəllik eynilə mobil versiyada olduğu kimi olacaq.

Milli.Az