Mozilla şirkəti vəsait çatışmazlığına görə 70-ə yaxın işçini işdən azad edib

21 Yanvar 2020 08:59

Məşhur Firefox brauzerinin yaradıcısı olan Mozilla şirkəti 70-ə yaxın işçisini işdən çıxardıb. Bu barədə Techcrunch saytı xəbər verib. İşçilərin işdən azad edilməsi barədə məlumatı Mozilla şirkətinin sədri və müddətli rəhbəri olan Mithcell Baker işçilərə ünvanladığı məktubda qeyd edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, öz məktubunda Mitchell Baker qeyd edib ki, şirkət bu cür qərarı verməkdə ona görə məcbur olub ki, 2019-cu ildə şirkət öz yeni məhsullarından daha az gəlir əldə edib. Bu isə şirkətin gözləntiləri ilə üst-üstə düşməyib.

"Yəqin yadınızdadırsa biz, 2019-cu ildə gözləyirdik ki, abunəlik sistemi üzrə olan məhsullarımızdan gəlirləri yüksəldəcəyik. Bu baş vermədi" - deyə Mitchell öz məktubunda qeyd edib. O həmçinin qeyd edib ki, şirkət yeni məhsulların hazırlanma müddətini qiymətləndirməyib və 2020-ci ildə gəlirin əldə olunma gözləntisi üzrə daha konservativ olacaq. İşdən azad edilmiş işçilərin istirahət günü üzrə verilən əlavə vəsait ilə təmin olunması və onlara yeni iş yerlərinin tapılmasında yardımın olunacağı söz verilib.

Öz məktubunda Mitchell həmçinin qeyd edib ki, şirkət yeni məhsulların hazırlanması ilə məşğul olan Mozilla innovasiya fondunun fəaliyyətini də dayandırmaq istəyirdi. Lakin bu fikrindən daşındı. Bu il isə fonda 43 milyon dollar vəsait ayrılacaq. Şirkət qeyd edib ki, o, innovasiyalara vəsait yatırmaq üçün məcbur şəkildə işçiləri işdən azad edib. İşdən azad edilənlərin sayları barəsində şirkət bir məlumat verməyib.

Milli.Az