Rafiq Hüseynlinin qızı AzTV-də işə başladı

17 Yanvar 2020 20:14

Xalq artisti, mərhum diktor Rafiq Hüseynlinin qızı Leyli Hüseynli AzTV-də aparıcılığa başlayıb.
 
Milli.Az modern.az-a istinadən xəbər verir ki, o, ingilis dilində yayımlanan gecə xəbərlərini təqdim edəcək.

Qeyd edək ki, Leyli Hüseynli Azərbaycan Rəssamlıq Akademiyasının ikinci kursunda təhsil alır.

Milli.Az