Qonşusunun maşınıyla qəza törətdi

17 Yanvar 2020 20:17

Gəncədə yeniyetmə qəza törədib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,hadisə şəhərin Tağı Arani küçəsində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü şəhər sakini Aqil Əsgərov qonşusunun "VAZ-21099" markalı avtomobilini icazəsiz götürüb və daha sonra qəza törədib. İdarəetməni itirən sürücü maşını yol kənarındakı səkiyə çırpıb.

Qəza zamanı yeniyetmə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az