Sabiq nazir Putinin köməkçisi olacaq

17 Yanvar 2020 18:28

Dmitri Medvedevin rəhbərlik etdiyi hökumətdə İqtisadi inkişaf naziri olmuş Maksim Oreşkin Prezident Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə "Bloomberg" məlumat yayıb.

Prezidentin köməkçisi Andrey Belousov da yeni vəzifə alacaq. Agentliyin mənbələrinə görə, o, Baş Nazirin birinci müavini vəzifəsini icra edəcək. Hazırda bu yeri Maliyyə naziri Anton Siluanov tutur, lakin onun yeni təyinat alacağı barədə məlumat verilmir.

İqtisadi İnkişaf Nazirliyinə kimin rəhbərlik edəcəyi də məlum deyil.

Xatırladaq ki, Dmitri Medvedev hökuməti yanvarın 15-də istefaya gedib. Bəzi məlumatlara görə, Putinin milli layihələrin icrasından narazılığı buna səbəb olub.

Federal Vergi Xidmətinin (FTS) keçmiş rəhbəri Mixail Mişustin Baş Nazir təyin edilib.

Milli.Az