“Fikir bildirmək istəmirəm” - Qriqorçukdan açıqlama

17 Yanvar 2020 18:22

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olduğu deyilən Roman Qriqorçuk açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis hələ ki, məsələ barədə danışmaq istəmədiyini bildirib:

"Hazırda fasilədir və bu barədə fikir bildirmək istəmirəm. Fikrimcə, mövzu haqqında indi danışmaq doğru deyil".

Milli.Az