Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edilib

17 Yanvar 2020 17:22

Prezident İlham Əliyev C.Ə.Səlimovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova "Şərəf" ordeni ilə təltif edilsin".

Milli.Az