"Psixiatriyada istifadə olunan bəzi dərmanlar kardioloji fəsadlar yaradır"

17 Yanvar 2020 16:38

Psixiatriyada istifadə olunan bəzi dərmanlar yan təsirlər göstərərək kardioloji fəsadlar yaradır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər tərəfdən bəzi kardioloji preparatlar psixi pozuntuların yaranmasına təkan verir:

"Məsələn, aritmiyaya qarşı preparatlar 100 faiz depressiya yarada bilir. Əgər infarkt olan xəstədə psixi pozuntular, depressiya varsa, o dərmanları vaxtında qəbul etməyəcək, müalicə rejiminə əməl etməyəcək. Təbii ki, bunun da nəticəsi pis olacaq".

F. İsmayılov əlavə edib ki, yaş artdıqca həm psixi, həm də kardioloji problemlər daha da çoxalır.

Milli.Az