Bakıda sürücü sükan arxasında yatdı: sərnişin dolu "Ford"u belə sürüdü - VİDEO

17 Yanvar 2020 17:47

Qaradağ rayonu ərazisində baş verən dəhşətli qəza hadisəsi kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, yük maşını "Ford Transit" markalı sərnişin mikroavtobusunu arxadan vurub. Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.

Belə ki, "Ford Transit" markalı sərnişin mikroavtobusunun sürücüsü yolun kənarında saxlayaraq sərnişin düşürür. Bu zaman arxadan sağ zolaqla gələn yük maşını solda yer olsa da gəldiyi sürətlə mikroavtobusu arxadan vurur. Daha sonra isə yol boyu "Ford"u sürüyür. Bu zaman iri qabaritli digər yük avtomobilinin sürücüsü manevr edərək hadisənin böyüməsinin qarşısını alır.

Qeyd edək ki, yol polisi dəfələrlə sürücülərə xəbərdarlıq edib. Sükan arxasına yorğun əyləşməmək, iş və istirahət rejiminə əməl etmək, DYP postlarında yaradılmış otaqlardan istifadə etməyi tövsiyə verib. Amma görünən odur ki, bəzi sürücülər buna riayət etmir. Nəticədə bu cür ağır qəzalar baş verir. Videonu təqdim edirik:

Milli.Az