YAP İctimai Televiziyada pulsuz efir vaxtından imtina etdi

17 Yanvar 2020 14:37

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Milli.Az