Türkiyəli futbolçu "Milan"a keçir

17 Yanvar 2020 16:24

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ündər A Seriyasında komandasını dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu "Milan"a transfer olunmağa yaxındır. Ündərin qarşılığında "Milan" Susonun "canavarlar"a transfer olunmasına razılıq verəcək. Artıq klublar arasında danışıqların başladığı bildirilir.

Qeyd edək ki, Ündərin "Roma"yla müqaviləsi 2023-cü ilin, Susonun "Milan"la müqaviləsi isə 2022-ci ilin yayınadək nəzərdə tutulub.

Milli.Az