Helikopter magistral yola endi - Təşviş dolu anlar

17 Yanvar 2020 21:45

Rusiyanın Yamal yarımadasında "Mil Mi-8" tipli helikopter qəza enişi edib.

Milli.Az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən magistral yola enmək məcburiyyətində qalan nəqliyyat vasitəsi qəza təhlükəsi yaradıb.

Yerli media qar fırtınasına məruz qalan helikopterin bir neçə dəfə yerə enməyi sınadığını, lakin bacarmadığını yazıb.

Göyərtədəki işçilər təşvişə düşsə də, hadisə zamanı xəsarət alan olmayıb. (publika.az)

Milli.Az