Uşaq böyütmək üçün ən əlverişli ölkələr hansılardır? - ARAŞDIRMA

17 Yanvar 2020 23:57

ABŞ-ın Pensilvaniya Universitetinin dəstəyi ilə uşaq böyütmək üçün ən əlverişli ölkələrin müəyyən edilməsi məqsədilə araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, tədqiqat çərçivəsində dünya ölkələrində təhlükəsizlik, gender bərabərliyi, ətraf mühit, insan haqları kimi əsas kriteriyalar analiz edilib.

Nəticədə məlum olub ki, Danimarka, İsveç və Norveç övlad böyütmək üçün ən əlverişli ölkələrdir. Siyahıda həmçinin Kanada, Niderland, Finlandiya, İsveçrə, Yeni Zelandiya, Avstraliya və Avstriya da yer alıb.

ABŞ təhsilə görə 18, təhlükəsizlik baxımdan isə 32-ci yerdə qərarlaşıb. (publika.az)

Milli.Az