Rusiyada zəncirvari qəza: Ölən var - VİDEO

17 Yanvar 2020 13:34

Rusiyanın Adıgey Respublikasında zəncirvari qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza zamanı 20 avtomobil toqquşub.

Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qəzaya yolun buz bağlaması və qatı duman səbəb olub.

Milli.Az