Ukraynanın baş naziri istefa verdi

17 Yanvar 2020 13:49

Ukraynanın Baş naziri Aleksey Qonçaruk istefa verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

Nazir bildirib ki, istefa ərizəsini ölkə prezidenti Vladimir Zelenskiyə təqdim edib.

Ərizənin Ali Radaya təqdim olunacağı gözlənilir.

Milli.Az