Bu yollarda sürət həddi birdəfəlik endirildi - FOTO

17 Yanvar 2020 12:04

Bu gündən etibarən bu yollarda sürət həddi endirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gündən etibarən Heydər Əliyev prospekti - (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba və Zığ dairəsi - Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib.

Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müyyən edilib:

"Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik".

Milli.Az