Xatun ona "zapret" qoyan Telli ilə üz-üzə gəldi - Etdikləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

17 Yanvar 2020 11:59

Küsülü olan müğənni Xatun Əliyeva ilə aşıq Telli Borçalı "Şot ATV"də üz-üzə gəliblər.

Milli.Az xəbər verir ki, bədiyyə ustadı Namiq Məna küsülü sənətçiləri verilişdə barışığa səsləyib. Telli Namiqin istəyini yerə salmayaraq Xatunu rəqsə dəvət edib. 

İnciklik beləcə aradan qalxıb. Xatunla Tellinin şıdırğı rəqsi isə verilişə damğasını vurub:

Xatırladaq ki, Xatun son açıqlamalarının birində "Bir çox tanınmış var ki, onları parodiya etmək üçün ürəyim gedir. Amma mənə "zapret" qoyublar. Onlardan biri də Telli Borçalıdır. Mənə qadağa qoyub, parodiya edilməyi qətiyyən istəmir. Bir-iki adam da var, adların sonra deyərəm" demişdi.

Məhəmməd Vaqif
Milli.Az