Dövlət Dumasında "intim iclas" – FOTO
16 Aprel 2010 17:34
Rusiya Dövlət Dumasının aprelin 14-də keçirilmiş iclasından çəkilmiş bir şəkil ölkə mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin bir çox bloqerləri şəkli bloqlarında yerləşdirərək, şərh etməyə girişiblər.
Milli.Az nr2.ru saytına istinadən xəbər verir ki, onlardan biri şəklə tam ciddi başlıq verib: "Rusiya Dövlət Dumasının iclası". Digər bloqerin başlığı isə belədir: "İnsanlara xas xüsusiyyətlər deputatlara da yad deyil". Şəkildə kişi deputatlardan biri əlini qadın həmkarının sinəsinə qoyub. Yerli mətbuatın diqqətini çəkən əsas məqam isə qadın parlamentarinin buna heç bir reaksiya verməməsidir.
Rusiya mətbuatından şəklə uyğunlaşdırılmış bəzi məzəli başlıqları nəzərinizə çatdırırıq: "Dövlət Dumasında bahar", "Xalqın seçdikləri iş başında", "Qanun yaradan orqan", "Dövlət Dumasının deputatları mandatdan yapışır", "Duma diskussiya yeri deyil", "Onlara ləzzət, xalqa tamaşa".
Milli.Az
--------------------------------------------------------------------------------

Foto "Kommersant"