BMW i3 modelini ofisə çevirib - FOTO

28 Yanvar 2020 21:30

Azərbaycanlı alıcılar yeni yığcam avtomobilləri heç sevmirlər, üstəlik bu avtomobil elektrokar və hibriddirsə. Lakin, BMW şirkəti yığcam avtomobillərə belə münasibət bəsləyənlərin yanıldığını bildirəcək bir layihə hazırlayıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, BMW i3 yığcam elektrokarını mobil ofisə çevirib. Elektrokarın Urban Suite adlandırılmış modifikasiyasını bu ay Las Veqasda keçiriləcək İstehlak elektronikasının sərgisində (CES) təqdim edəcəkdirlər.

Hetçbekin salonuna baxdıqda arxa divanın çıxarılaraq yeganə kreslo ilə əvəzləndiyini görə bilərik. Sol tərəfdə isə lampa olan taxta masa quraşdırılıb - dizaynerlərin fikrincə, bu element qonaq otağında olduğunuz hissini yaratmalıdır. Ön sərnişin oturacağı da çıxarılaraq yerinə ayaq dayağı qoyulubdur.

Mərkəzi tunelə içkinin istiliyinə nəzarət funksiyasına sahib olan iki stəkanaltı yerləşirdirilib. Bundan başqa, sürücünün oturacağına paltarasan quraşdırılıb. Tavanda multimedia sisteminin böyük monitoru, arxa sərnişinin ətrafında isə səs sistemi qurulubdur.

Milli.Az