Ərinin suyuna göz damcısı qatıb öldürən arvad həbs olundu - 25 il

17 Yanvar 2020 12:59

Ərini qətlə yetirən qadın 25 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, ABŞ-ın Cənubi Karolina ştatında yaşayan 53 yaşlı Lana Clayton adlı qadına hökm oxunub.

Məhkəmə onun 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib. Qadın ərini zəhərləyərək öldürdüyünü etiraf edib.

O, bildirib ki, gözə tökmək üçün nəzərdə tutulan dərmanı ərinin içdiyi suya qataraq onu zəhərləyib.

Əri öldükdən sonra saxlanılan qadın əvvəlcə ərinin yıxılıb öldüyünü iddia etsə də, eskpertiziyanın nəticələrinə görə kişinin zəhərlənib öldüyü təsdiqlənib.

Belə ki, onun qanına keçən zəhərli maddənin miqdarı normadan çox olub və kişi ölüb.

Milli.Az