ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir - Li Litzenberger

17 Yanvar 2020 10:14

"Azərbaycanda növbədənkənar parlament seçkilərinə çoxlu sayda namizədlərin qeydə alınmasını görməkdən şadıq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-nın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir.

O vurğulayıb ki, fərqli spektləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.

L.Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: "Biz şadıq ki, Azərbaycxan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizit bildirəcəyik".

Milli.Az