Bakıda qəza - Yük avtomobili dairəyə girdi - FOTO

17 Yanvar 2020 11:14

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə dairəsində qeydə alınıb. Yük maşınının qəzaya düşməsi səbəbində adıçəkilən ərazidə qısamüddətli tıxac da yaranıb.

Şahidlərin sözlərinə görə, yük avtomobili Sulutəpə dairəsinə çatan zaman əyləci tutmayıb və qəza törədib.

Milli.Az