QİÇS xəstəsi olan qadın özünü öldürdü - Gəncədə

17 Yanvar 2020 10:49

Gəncə şəhərində intihar hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 1969-cu il təvəllüdlü Vəfa Bayramova yanvarın 16-da yaşadığı evdə özünü asaraq intihar edib.

Onun uzun müddətdir QİÇS xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az