Ağstafada ev yanıb

17 Yanvar 2020 16:19

Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, evin bir otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə, digər otağının tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az