Angela Merkel: “Haftarın Liviyada atəşkəsə razılaşması yaxşı xəbərdir”

17 Yanvar 2020 09:24

Almaniya kansleri Angela Merkel Liviya Milli Ordusunun komandanı general Xəlifə Haftarın Liviyada atəşkəsə razılaşmasını "yaxşı xəbər" adlandırıb. 

Milli.Az APA-ya istinadla bildirir ki, dünən Xorvatiyanın Baş Naziri ilə birgə keçirdiyi mətbuat konfransında Merkel bu mövzuya toxunaraq deyib ki, Berlində keçiriləcək Liviya sammitində hər şeydən öncə yenidən silah embarqosu qoyulmasını arzulayır.

Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Heiko Maas bu gün Liviyanın Benqazi şəhərində Xəlifə Haftarla görüşdüyünü bəyan edib. Üç saatadək davam edən danışıqlarda Haftar Türkiyə və Rusiya dövlətlərinin iştirakı ilə hazırlanan Liviyada atəşkəsə dair müqaviləni imzalamaqdan imtina etsə də, mövcud atəşkəsin davam etməsinə razılığını şifahi bildirib.

Milli.Az