"Alphabet", 4 ən nəhəng şirkətdən biri oldu

17 Yanvar 2020 08:36

"Alphabet" holdinqinin kapitallaşması 1 trilyon dollara çatıb.

Trend-in məlumatına görə, bu barədə CNBC teleşirkətinin xəbərində deyilir.

Korporasiya, bazar kapitallaşmasının həddi 1 trilyonu keçən dördüncü Amerika şirkəti oldu. 2018-ci ildə bu göstəriciyə birinci "Apple", ardınca isə "Microsoft" və "Amazon" şirkətləri nail ola biliblər.

Milli.Az