Soyunub striptiz oynamağa başlayan gənc qadın hava limanını bir-birinə qatdı - FOTO

16 Yanvar 2020 17:58

Yanvarın 13-ü gecə yarısı ABŞ-ın Florida ştatında yerləşən Mayami Beynəlxalq Hava Limanında bir qadın soyunub striptiz oynayıb. Gənc qadın mahnı oxuya-oxuya üzərindəki paltarları asta-asta çıxarmağa başlayıb. 

Ətrafdakı insanları saymadan soyunan qadın sərbəst davranışı ilə hər kəsi məəttəl qoyub. 

Milli.Az "Daily Star"a istinadən xəbər verir ki, çılpaq qadın polislər tərəfindən saxlanılıb. Qadının psixoloji durumu yoxlanılıb. Mayami polisi qadında "paranoya" əlamətlərinin olduğunu açıqlayıb.

Turqut
Milli.Az