"Bu yataq mebeli 15 nəfərlikdir?"

17 Yanvar 2020 08:51

"İnter"in futbolçusu Andrea Ranokkiya həmklubu Romelu Lukakuya "ilişib".

Milli.Az kaspi.az-a istinadən bildirir ki, Lukaku sosial şəbəkədə yataq mebelinin şəklini paylaşıb və belə yazıb: "Yeni mənzil, yeni yataq mebeli".

Andrea isə belə şərh yazıb: "Bu yataq mebeli 15 nəfərlikdir?"
 
Lukaku "İnter"ə ötən yay "Mançester Yunayted"dən keçib.  

Milli.Az