Meqastarın anası xəstəxanaya yerləşdirilib

16 Yanvar 2020 19:59

Meqastar Tarkanın anası Neşe Tevetoğlu təcili xəstəxanaya yerləşdirilib.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, ifaçının anası ayağındakı ağrılar səbəbi ilə xəstəxanaya aparılıb.  Hazırda orada müalicə alan Neşe Tevetoğlunun vəziyyəti normaldır.

Meqastar gündəlik anasını ziyarət edir.

Milli.Az