Çempionlar Liqasının formatı dəyişir: hansı yenilik olacaq?

16 Yanvar 2020 19:09

Avropanın top-komandaları qitənin bir nömrəli klub turniri hesab olunan Çempionlar Liqasının genişləndirilməsi ilə bağlı razılığa gəlib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, yeni anlaşma turnirin formatında dəyişikliklərə səbəb olacaq.

Dəyişikliklərin detalları hələlik açıqlanmır. Amma bunun oyun sayına təsir edəcəyi məlumdu. Yeni formata əsasən, Çempionlar Liqasında komandalar 4 oyun artıq keçirəcək. Lakin hələlik bu görüşlərin qrup mərhələsinə, yoxsa təsnifat raundlarına təsadüf edəcəyi bilinmir.

Milli.Az