Cinsi istəksizliyə səbəb olan amil və qidalar bunlar imiş - ALİMLƏR AÇIQLADI

16 Yanvar 2020 21:03

Alimlər kişi və qadınlarda cinsi istəksizliyə səbəb olan, intim münasibətə neqativ təsir edən amil və qidaları açıqlayıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, hazırda kişilərdə seksual istəyə cavabdeh testosteron hormonunu azaldan və ereksiyaya lazım olan qan dövranını pozan səbəblər içində birinci yeri siqaret, ikinci yeri transyağlar, rafinəedilmiş karbohidratlar tutur.
Yağlı, şirin və qızardılmış qidalar çox yeyən kişilərdə seksual aktivlik azalır.

Transyağlar isə kişi və qadınlarda libidonu azaldır.

Amma meyvə, tərəvəzlər, xüsusən kərəviz, kök, çuğundur, nar şirəsi qanı qovur, qidalandırır, ereksiyanı artırır.

Gündə 1 qutu siqaret kişiləri impotensiyaya, qadınları isə sonsuzluq problemi gözləyir. Siqaret çəkmə damarları daraldır, qan dövranını pozur, bu da cinsi və reproduktiv problemlər yaradır.

Milli.Az